İspaniya

Eddi İsrafilov üçün 90 dəqiqə və 3 xal

Futbol üzrə İspaniya Sequndasında 14-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Elçe” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb - 1:0.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Hazırda 30 xala malik “Alkorkon” 22 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.