İspaniya

"Atletiko”dan çətin qələbə

Futbol üzrə İspaniya La Liqasında 12-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, şənbə günü dörd görüş baş tutub. 

“Valyadolid” - “Eybar” və “Jirona” - “Leqanes” matçlarında hesab açılmayıb. 

“Valensiya” səfərdə “Xetafe”yə minimal hesabla qalib gəlib. 

Madrid “Atletiko”su isə “Atletik”lə oyunda çətin və əzmkar qələbəyə sevinib.

İspaniya La Liqası
12-ci tur

9 noyabr

Levante - Real Sosyedad 1:3
Qol: Çema, 4 - T.Ernandes, 73. Xuanmi, 77. Oyarzabal, 83.

10 noyabr

Valyadolid - Eybar 0:0

Xetafe - Valensiya 0:1
Qol: Parexo, 81-pen.

Atletiko - Atletik 3:2
Qol: Tomas, 61. Rodri, 80. Qodin, 90 - Uilyams, 36; 64.

Jirona - Leqanes 0:0

11 noyabr

15:00 Alaves - Hueska 
19:15 Barselona - Betis
21:30 Rayo Valyekano - Vilyarreal 
21:30 Sevilya - Espanyol 
23:45 Selta - Real