İspaniya

“Real” yenə uduzdu, “Barselona” vahid lider oldu

Futbol üzrə İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, ikinci oyun günündə dörd görüş baş tutub. 

“Real” bu turda “Levante”ni qəbul edib. Madrid klubu bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib.

Son turlarda qələbə qazana bilməyən “Barselona” isə lider “Sevilya” ilə qarşılaşıb. Kataloniya təmsilçisi bu görüşdə inamlı qələbəyə sevinib və vahid liderliyi ələ keçirib.

İspaniya La Liqası
9-cu tur
19 oktyabr

Selta - Alaves 0:1
Qol: Pina, 59.

20 oktyabr

Real - Levante 1:2
Qol: Marselo, 72 - Morales, 7. Marti, 13-pen.

Valensiya - Leqanes 1:1
Qol: Qaya, 85 – Qumbau, 63-pen.

Vilyarreal - Atletiko 1:1
Qol: Qaspar, 65 - F.Luis, 51.

Barselona - Sevilya 4:2
Qol: Koutinyo, 2. Messi, 12. L.Suares, 63-pen. Rakitiç, 88 – Sarabia, 79. Muriel, 90.

21 oktyabr

14:00 Rayo Valyekano - Xetafe
18:15 Eybar - Atletik
20:30 Hueska - Espanyol
22:45 Betis - Valyadolid

22 oktyabr

23:00 Real Sosyedad - Jirona