İspaniya

Gecə klubunda dalaşan futbolçuya 800 min avroluq cərimə

İspaniyanın “Barselona” klubunun futbolçusu Arturo Vidal gecə klubunda dalaşdığı üçün 800 min avro cərimələnib. 

Dsport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 2017-ci ildə Almaniyanın "Bavariya” klubunda çıxış edərkən Münhendə gecə klublarının birində dava-dalaşda iştirak edib. Həmin vaxt zərərçəkmiş başına vurulan butulka nəticəsində travma alıb. 

Artıq məhkəmə həmin olayla əlaqədar yekun qərar çıxarıb. Çili yığması ilə Meksikada olduğu üçün Vidal məhkəmədə iştirak etməyib. Məhkəmə futbolçu haqqında qiyabi hökm çıxarıb. Qərara əsasən, Vidal 80 gün ərzində 800 min avro cərimə ödəməlidi.