İspaniya

İsrafilovdan qol ötürməsi, komandasından qələbə

Futbol üzrə İspaniya Sequndasında 9-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Ximnastik”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb - 3:1.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib. Yarımmüdafiəçi 24-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Komandasının 7-ci dəqiqəqə vurduğu ilk qolun ötürməsini də məhz Eddi verib.

Hazırda 18 xala malik “Alkorkon” 22 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.