İspaniya

La Liqada mövsümün ilk baş məşqçi istefası

İspaniyanın “Hueska” klubunda baş məşqçi istefası gerçəkləşib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi Leo Franko ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssis bu yay sözügedən kluba baş məşqçi təyin olunmuşdu. Onun komandadan göndərilməsinə “Hueska”nın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, komanda 8 turdan sonra cəmi 5 xal toplaya bilib və 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, bu, İspaniya La Liqasında cari mövsümün ilk baş məşqçi istefasıdı.