İspaniya

“Barselona” yenə xal itirdi

Futbol üzrə İspaniya La Liqasında 8-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə beş görüş baş tutub.

“Valyadolid” “Hueska”nı, “Atletiko” “Betis”i, “Espanyol” “Vilyarreal”ı, “Sevilya” isə “Selta”nı məğlub yola salıb.

Turun mərkəzi görüşündə isə “Barselona” “Valensiya”nın qonağı olub. Kataloniya təmsilçisi bu görüşdən də xal itkisi ilə ayrılıb.

İspaniya La Liqası
8-ci tur

5 oktyabr

Atletik - Real Sosyedad 1:3
Qol: Muniain, 32 - Oyarzabal, 30-pen; 74-pen. Fuentes, 47.

6 oktyabr

Jirona - Eybar 2:3
Qol: Stuani, 40; 42 - Çarles, 12-pen. Arbilya, 45. Enrix, 72.

Xetafe - Levante 0:1
Qol: Bardi, 60.

Alaves - Real 1:0
Qol: M.Qarsiya, 90.

Leqanes - Rayo Valyekano 1:0
Qol: Karrilyo, 14.

7 oktyabr

Valyadolid - Hueska 1:0
Qol: Alkaras, 28.

Atletiko - Betis 1:0
Qol: Korrea, 74.

Espanyol - Vilyarreal 3:1
Qol: H.Peres, 7. Darder, 79. Piatti, 90 - Ekambi, 45.

Sevilya - Selta 2:1
Qol: Sarabia, 39. Ben Yedder, 61 - Bufal, 85.

Valensiya - Barselona 1:1
Qol: Qaray, 2 - Messi, 23.