İspaniya

İsrafilov “fərqləndi”, komandası 1 xalla kifayətləndi

Futbol üzrə İspaniya Sequndasında 8-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Las Palmas”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb - 0:0.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Yarımmüdafiəçi 72-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Hazırda 15 xala malik “Alkorkon” 22 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.