İspaniya

“Real” “Alaves”ə məğlub oldu

Futbol üzrə İspaniya La Liqasında 8-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, şənbə günü 4 matç baş tutub. 

Beş qolun qeydə alındığı “Jirona” – “Eybar” görüşündəki qol duelinin qalibi qonaqlar olub.

Günün digər görüşlərinin taleyini isə 1 qol həll edib. “Xetafe” evdə “Levante”yə uduzub. “Leqanes” isə evdə “Rayo Valyekano”nu məğlub edib.

Madrid “Real”ı isə səfərdə “Alaves”lə münasibətlərinə aydınlıq gətirib. “Kral klubu” son dəqiqə qolu ilə bu görüşdən məğlub ayrılıb.

İspaniya La Liqası
8-ci tur

5 oktyabr

Atletik - Real Sosyedad 1:3
Qol: Muniain, 32 – Oyarzabal, 30-pen; 74-pen. Fuentes, 47.

6 oktyabr

Jirona - Eybar 2:3
Qol: Stuani, 40; 42 – Çarles, 12-pen. Arbilya, 45. Enrix, 72.

Xetafe - Levante 0:1
Qol: Bardi, 60.

Alaves - Real 1:0
Qol: M.Qarsiya, 90.

Leqanes - Rayo Valyekano 1:0
Qol: Karrilyo, 14.

7 oktyabr

14:00 Valyadolid - Hueska
18:15 Atletiko - Betis
20:30 Espanyol - Vilyarreal
20:30 Sevilya - Selta
22;45 Valensiya - Barselona