İspaniya

İsrafilov yenə ehtiyatda qaldı, “Alkorkon”…

Futbol üzrə İspaniya Sequndasında 6-cı turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Kadis” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb - 2:0.

İsrafilov bu görüşün iştirakçısı olmayıb. O, matçın sonunadək ehtiyatda qalıb.

Hazırda 11 xala malik “Alkorkon” 22 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.