İspaniya

“Atletiko” səfərdə, “Real” evdə sevindi

Futbol üzrə İspaniya La Liqasında 5-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, şənbə günü daha 5 görüş baş tutub. 

Altı qolun qeydə alındığı “Selta” – “Valyadolid” matçında qalib müəyyənləşməyib.

Madrid “Real”ı “Espanyol”u, “Eybar” isə “Leqanes”i minimal hesabla məğlub edib.

Madridin digər təmsilçisi “Atletiko” səfərdə “Xetafe”yə 2 cavabsız qolla qalib gəlib.

“Rayo Valyekano” isə doğma meydanda “Alaves”ə böyük hesabla uduzub.

İspaniya La Liqası
5-ci tur
21 sentyabr

Hueska - Real Sosyedad 0:1
Qol: Merino, 64.

22 sentyabr

Rayo Valyekano - Alaves 1:5
Qol: Tomas, 30 - Navarro, 8. İ.Qomes, 34; 77. Kalyeri, 56. Burqui, 90.

Selta - Valyadolid 3:3
Qol: Aspas, 5; 54. M.Qomes, 9 - Plano, 39. E.Ünal, 65. Suares, 90.

Eybar - Leqanes 1:0
Qol: Kike, 52.

Xetafe - Atletiko 0:2
Qol: Soria, 14-öz qapısına. Lemar, 60.

Real - Espanyol 1:0
Qol: Asensio, 41.

23 sentyabr

14:00 Levante - Sevilya
18:15 Vilyarreal - Valensiya
22:00 Betis - Atletik
22:45 Barselona - Jirona