İspaniya

İsrafilov “Deportivo”ya qarşı oynamadı, komandası…

Futbol üzrə İspaniya Sequndasında 5-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Deportivo” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb - 1:0.

İsrafilov bu görüşün iştirakçısı olmayıb. O, matçın sonunadək ehtiyatda qalıb.

Hazırda 8 xala malik “Alkorkon” 22 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.