İspaniya

La Liqa da başladı

Futbol üzrə İspaniya La Liqasında yeni mövsüm start götürüb.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

2018/19 mövsümünün açılış oyununda “Jirona” doğma divarlar arasında “Valyadolid”lə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.  

Günün digər matçında isə "Levante" səfərdə "Betis"ə qalib gəlib.

İspaniya La Liqası
1-ci tur
17 avqust

Jirona - Valyadolid 0:0

Betis - Levante 0:3
Qol: Rocer, 38. Morales, 54; 90.

18 avqust

20:15 Selta - Espanyol
22:15 Vilyarreal - Real Sosyedad
00:15 Barselona - Alaves

19 avqust

20:15 Eybar - Hueska
22:15 Rayo Valyekano - Sevilya
00:15 Real - Xetafe

20 avqust

22:00 Valensiya - Atletiko
00:00 Atletik - Leqanes