İspaniya

“Çelsi”nin futbolçusu La Liqa klubunda

İngiltərənin “Çelsi” klubu nigeriyalı müdafiəçisi Kennet Omerunu icarəyə verib.

Dsport.az xəbər verir ki, 24 yaşlı futbolçunu La Liqa təmsilçisi “Leqanes” icarəyə götürüb. Bu barədə İspaniya klubunun rəsmi saytı xəbər yayıb.

Nigeriyalı futbolçu son mövsümü icarə əsasında Türkiyənin “Kasımpaşa” klubunda keçirib.

Omeru Nigeriya millisi ilə DÇ-2018-də iştirak edib.