İspaniya

La Liqada klub dəyişdi

İspaniyanın “Rayo Valyekano” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, sözügedən klub La Liqanın digər təmsilçisi “Valensiya”dan yarımmüdafiəçi Alvaro Medranı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu mövsümün sonunadək icarəyə götürülüb.

Medran ötən mövsümü də “Alaves”də icarə əsasında oynayıb. 

Madrid “Real”ının yetirməsi olan ispaniyalı futbolçu “Valensiya”ya 2016-cı ildə transfer olub.