İspaniya

“Barselona”nın futbolçusu rəsmən “Leqanes”də

İspaniyanın “Leqanes” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi son ölkə çempionu “Barselona”dan gənc yarımmüdafiəçi Xose Arnaisi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. 

“Leqanes” ispaniyalı vingerin bu keçidinə görə 5 milyon avro “tərləyib”.

Arnais geridə qalan mövsümdə “Barselona”nın əsas komandasında 5 rəsmi oyuna çıxıb.