İspaniya

“Atletiko” yeni transferlərini rəsmən təqdim etdi

İspaniyanın “Atletiko” klubu yeni transferlərini rəsmən ictimaiyyətə təqdim edib.

Dsport.az xəbər verir ki, söhbət hücumçu Nikola Kaliniçlə müdafiəçi Santyaqo Ariasdan gedir.

Kaliniçin Madrid təmsilçisində 9, Ariasın isə 4 nömrəli formanı geyinəcəyi açıqlanıb.

Qeyd edək ki, Nikola İtaliyanın “Milan” klubundan transfer olunub. Xorvatiyalı hücumçunun keçidi ispanlara 15 milyon avroya başa gəlib. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Sağ cinah müdafiəçisi olan Arias isə Hollandiyanın PSV klubundan transfer edilib. 26 yaşlı futbolçu La Liqa nəhəngi ilə 5 illik müqaviləyə imza atıb.