İspaniya

O da İspaniya millisindən getdi

Daha bir məşhur futbolçu İspaniya milli komandasındakı karyerasını başa vurub.

Dsport.az xəbər verir ki, söhbət İngiltərənin "Mançester Siti" klubunun hücumçusu David Silvadan gedir.

O, sosial şəbəkə hesabından milli karyerasını başa vurduğunu açıqlayıb. 32 yaşlı yarımmüdafiəçi yığma karyerası ilə bağlı təəssüratlarını bölüşüb və bir daha İspaniya millisinin formasını geyinməyəcəyini bəyan edib.

David Silva 2006-cı ildən yığma komandanın formasını geyinirdi. O, İspaniya millisində 125 oyuna çıxıb, 35 qol vurub. MS-nin forvardı ölkəsinin millisi ilə bir dəfə dünya, iki dəfə isə Avropa çempionu olub.