İspaniya

Madrid “Atletiko”sunda yeni müqavilə

“Atletiko” uruqvaylı müdafiəçi Dieqo Qodinin müqaviləsini yeniləyib.

Dsport.az xəbər verir ki, Madrid təmsilçisi 32 yaşlı futbolçunun müqaviləsini 2021-ci ilə qədər uzadıb. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat verib.

Qodinlə “Yuventus” və “Mançester Yunayted” klubları yaxından maraqlanırdı.

Uruqvaylı müdafiəçi 2010-cu ildən “Atletiko”nun şərəfini qoruyur.