İspaniya

“Atletiko”nun hücumçusu “Valensiya”da

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi Madrid “Atletiko”sunun hücumçusu Kevin Qameyronu heyətinə qatıb. Bu barədə “Valensiya”nın rəsmi saytı məlumat yayıb.

Futbolçunun tezliklə yeni klubunun düşərgəsinə gəlib tibbi müayinədən keçəcəyi və rəsmi müqaviləyə imza atacağı bildirilir.

İspaniya mətbuatının yazdığına görə, 31 yaşlı hücumçunun transferi yeni klubuna 16 milyon avroya başa gəlib.

Fransada “Strasburq”, “Loryan”, PSJ, İspaniyada “Sevilya”nın formasını geyinmiş Qameyro ötən mövsüm “Atletiko” ilə 36 oyuna çıxıb, 11 qola imza atıb.