İspaniya

“Barselona” Super Kuboku da qazandı

Futbol üzrə İspaniya Super Kubokunun qalibi müəyyənləşib.

Dsport.az xəbər verir ki, qalib adı uğrunda La Liqanın qalibi “Barselona” ilə İspaniya Kubokunun son finalçısı “Sevilya” mübarizə aparıb. 

Qarşılaşmada hesabı “Sevilya” açıb. 9-cu dəqiqədə Pablo Sarabia fərqlənib. Lakin 42-ci dəqiqədə Jerar Pike tarazlığı bərpa edib. 78-ci dəqiqədə Usman Dembelenin vurduğu daha bir qol Kataloniya klubuna 2:1 hesablı əzmkar qələbə və Super Kubok qazandırıb.

Bu, “Barselona”nın tarixində 13-cü Super Kubok zəfəridi. Kataloniya klubu 1983, 1991, 1992, 1994, 1996, 2005, 2006, 2009, 2010, 2011, 2013 və 2016-cı illərdə də İspaniya Super Kubokunu başı üzərinə qaldırmışdı. “Sevilya” isə cəmi bir dəfə - 2007-ci ildə Super Kubokda qələbə sevinci yaşayıb.