İspaniya

İspaniya yığmasının yeni baş məşqçisi rəsmən təqdim olundu - FOTO

Futbol üzrə İspaniya yığmasının yeni baş məşqçisi Luis Enrike rəsmən ictimaiyyətə təqdim olunub.

Dsport.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının mənzil-qərargahında baş tutan təqdimat mərasimində qurumun prezidenti Luis Rubiales “Barselona”nın sabiq çalışdırıcısına uğurlar arzulayıb:

“Luis Enrikeyə İspaniya yığmasına verdiyi dəyərə görə təşəkkürümü bildirirəm. Ona yeni işində uğurlar arzulayıram”.

Qeyd edək ki, Enrike ilə İFF arasında 2 illik müqavilə imzalanıb. O, AÇ-2020-nin sonuna qədər yığmanın başında olacaq.