İspaniya

Premyer Liqa klubundan La Liqaya

İspaniyanın “Alaves” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Suonsi Siti” klubunun hücumçusu Borxa Bastonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı ispaniyalı futbolçu Premyer Liqa təmsilçisindən icarəyə götürülüb. O, 2018/19 mövsümünün sonunadək “Alaves”də çıxış edəcək.

Baston geridə qalan mövsümdə də “Malaqa”da icarədə oynayıb. O, bu komandanın heyətində meydana çıxdığı 22 oyunda 2 qola imza atıb.