İspaniya

“Valensiya”dan “Xetafe”yə

İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi “Valensiya”nın yarımmüdafiəçisi Nemanya Maksimoviçi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər 6 illik müqavilə imzalayıblar.

Serbiyalı futbolçu “Valensiya”ya 2017-ci ildə Qazaxıstanın “Astana” klubundan transfer edilmişdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 21 oyuna çıxıb, 1 qola imza atıb. Serbiya yığmasının üzvü iki mövsüm formasını geyindiyi “Astana”dan öncə yetirməsi olduğu Sloveniya “Domjale”sində də çıxış edib.