İspaniya

Kaseres rəsmən La Liqa klubunda

İspaniyanın “Vilyarreal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi argentinalı yarımmüdafiəçi Santyaqo Kaseresi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı argentinalı oyunçu ölkəsinin “Veles Sarsfild” klubundan transfer olunub. O, yeni klubu ilə 5 illik müqavilə imza atıb.

Bu keçidin “Vilyarreal”a 8,5 milyon avroya başa gəldiyi bildirilir.