İspaniya

Portuqaliya millisinin üzvü La Liqa klubunda

İspaniyanın “Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi Portuqaliyanın “Sportinq” klubunun yarımmüdafiəçisi Vilyam Karvalyonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar.

26 yaşlı futbolçu “Sportinq”in yetirməsidi. Portuqaliyalı futbolçu 2011-ci ildə ölkəsinin “Fatima”, 2012/13 mövsümündə isə Belçikanın “Serkl-Brügge” klubunda icarədə də oynayıb.

Karvalyo Portuqaliya yığmasında 47 oyun keçirib.