İspaniya

“Barselona”dan daha bir transfer

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın digər iştirakçısı “Sevilya”nın stopperi Kleman Lanqleni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Barselona” bu transfer üçün “Sevilya”ya 35,9 milyon avro təzminat ödəyib.

Lanqleni 2023-cü ildən tez hansısa klub “Barselona”dan almaq istəsə, 300 milyon avroluq təzminat ödəməlidi.