İspaniya

Meksika yığmasının üzvü rəsmən “Vilyarreal”da

İspaniyanın “Vilyarreal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi Meksika yığmasının və “Portu”nun müdafiəçisi Migel Layunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Layun 2015-ci ildən “Portu”nun şərəfini qoruyurdu. O, geridə qalan mövsümdə icarə əsasında “Sevilya”da da çıxış edib.