İspaniya

“Atletiko” yeni qapıçı aldı

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Madrid təmsilçisi qapıçı Antonio Adanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

31 yaşlı qolkiper yeni klubu ilə 2 illik müqavilə bağlayıb. “Betis”lə müqaviləsinin müddəti bu yay başa çatan futbolçu “Atletiko”ya azad agent kimi keçib.

Qeyd edək ki, Adan 2014-cü ildən “Betis”də çıxış edirdi. Madrid “Real”ının yetirməsi olan Antonio 2013/14 mövsümündə İtaliyanın “Kalyari” klubunda da forma geyinib.