İspaniya

Torresin yeni klubu rəsmən açıqlandı

Futbol üzrə İspaniya yığmasının və Madrid “Atletiko”sunun sabiq hücumçusu Fernando Torresin yeni klubu rəsmən açıqlanıb.

Dsport.az xəbər verir ki, ispan futbolçu Yaponiyanın “Saqan Tosu” klubuna transfer olunub. 34 yaşlı hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Yetirməsi olduğu “Atletiko”da 2002-2007-ci illər aralığında oynadıqdan sonra İngiltərə təmsilçisi “Liverpul”a transfer olunan Torres, “Çelsi” (2011-2014) və “Milan” (2014) macəralarından sonra 2015-də yenidən Madrid klubuna qayıtmışdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində çıxdığı 45 oyunda 10 qola imza atıb.