İspaniya

31 milyon avroya alıb, 400 milyon qiymət qoydu - “Barselona”

İspaniyanın “Barselona” klubu heyətinə yeni futbolçu qatıb.

Dsport.az xəbər verir ki, Kataloniya təmsilçisi Braziliyanın “Qremio” klubunun gənc yarımmüdafiəçisi Artur Melonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı braziliyalı futbolçu ilə 6 illik müqavilə imzalanıb. “Barselona” yeni futbolçusunun transferinə görə 31 milyon avro təzminat ödəyib. Lakin bonuslarla bu məbləğ 40 milyon avroya qədər arta bilər.

İspaniya nəhəngi artıq Artura qiymət də qoyub. Hansısa klub 2024-cü ilə qədər bu oyunçunu heyətində görmək istəsə, “Barcelona”ya 400 milyon avro təzminat ödəməlidi.