İspaniya

İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

Futbol üzrə İspaniya millisinin yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, komandanın “sükanı arxasına” “Barselona”nın sabiq baş məşqçisi Luis Enrike gətirilib. Bu barədə İspaniya Futbol Federasiyası rəsmi məlumat yayıb. Onunla iki illik müqavilə bağlanılıb.

DÇ-2018-in başlamasına bir gün qalmış Xulen Lepoteqi İspaniya millisinin baş məşqçi postundan uzaqlaşdırılmışdı. Dünya çempionatının oyunlarında komandaya müvəqqəti olaraq Fernando Yerro rəhbərlik etmişdi.