İspaniya

“Barselona”nın istədiyi futbolçu “Atletiko” ilə müqavilə imzaladı

İspaniyanın “Atletiko” klubunun hücumçusu Antuan Qrizmannla bağlı bütün suallara aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, Qrizmann bir neçə gün əvvəl “Atletiko”da qalacağını bildirmişdi. Üstündən 4 gün keçmiş, fransız futbolçu “hindular”la yeni müqaviləyə imza atıb.

Antuanın yeni müqaviləsi 2023-cü ilə qədər nəzərdə tutulub. Qrizmannla yanaşı, onun həmyerlisi Lukas Ernandes də “Atletiko” ilə müqavilənin müddətini 2024-cü ilə qədər uzadıb.

Xatırladaq ki, Qrizmannla “Barselona” ciddi maraqlanırdı. Hətta bir ara, Antuanın “Barsa” ilə razılıq əldə etdiyi barədə də məlumat yayılmışdı.