İspaniya

İspaniya yığmasında şok: Baş məşqçi qovuldu

Futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib.

Dsport.az xəbər verir ki, bu barədə qərarı Krasnodarda keçirilən mətbuat konfransında İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlayıb.

Qeyd edək ki, ötən gün Madrid “Real”ı Lopeteqinin dünya çempionatı başa çatan kimi bu klubun baş məşqçisi təyin olunacağını açıqlamışdı. Lakin göründüyü kimi, milli komandanın baş məşqçisinin DÇ-2018-ə sayılı günlər qalmış belə bir qərar qəbul etməsi İspaniya Futbol Federasiyasının rəhbərliyini özündən çıxarıb.