İspaniya

La Liqa klubu 20 milyon avroya yarımmüdafiəçi aldı

İspaniyanın “Vilyarreal” klubu heyətinə yeni futbolçu cəlb edib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi Fransanın “Anje” klubunun yarımmüdafiəçisi Karl Toko-Ekambi ilə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı kamerunlu futbolçuya görə ispanların Fransa klubuna 20 milyon avro ödədiyi bildirilir.

Kamerun yığmasının da üzvü olan Toko-Ekambi “Anje”də 2016-cı ildən çıxış edirdi. O, daha öncə Fransanın “Paris” və “Soşo” komandalarında da top qovub.