İspaniya

Millimizin futbolçusu həbs oluna bilər - Seks qalmaqalı

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov həbs oluna bilər.

Dsport.az xəbər verir ki, buna səbəb “Alkorkon”un yarımmüdafiəçisinin 2015-ci ildəki hərəkətidi.

Belə ki, həmin vaxt “Eybar”ın formasını geyinən orta sahə oyunçusu komanda yoldaşları Serji Enrix və Antonio Manuel Lunanın iştirakı ilə çəkilən seks məzmunlu videonu yaymaqda günahlandırılır.

Həmin vaxt qadınla intim əlaqədə olan futbolçular bunu videoya çəkərək, İsrafilova göndəriblər. Millimizin üzvü isə bunu sosial şəbəkə vasitəsilə yayıb. Vəkil qadının razılığı olmadan həmin anların videoya çəkilməsi və yayılmasına görə, hər 3 oyunçunun 2 ildən 5 ilədək həbsini tələb edib.

Futbolçular günahlarını etiraf edərək, zərərçəkəndən üzr istəyiblər. İstintaq başa çatdıqdan sonra məsələ ilə bağlı hökm oxunacaq. 

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən bəri Azərbaycan millisinin heyətində 8 oyun keçirib. O, Azərbaycan yığmasında oynamaq üçün AFFA-dan 1 milyon dollar istəmişdi. (Apasport)