İspaniya

“Barselona” müqavilə yenilədi - Müdafiəçisi ilə

İspaniya çempionu “Barselona” müdafiəçi Samuel Umtiti ilə müqavilə yeniləyib.

Dsport.az xəbər verir ki, fransalı müdafiəçi Kataloniya təmsilçisi ilə yeni 5 illik müqaviləyə imza atıb. Bu barədə La Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

Umtitinin klubla 2021-ci ilə qədər müqaviləsi var idi. Lakin yeni müqaviləyə əsasən, o, 2022/23 mövsümünün sonuna qədər bu komandada qalacaq. 

İspaniya mətbuatının məlumatına görə, yeni müqavilə ilə Umtitinin “Barselona”dan vaxtından öncə ayrılması onu heyətində görmək istəyən klublar 60 milyon avroya başa gələcək. 

Umtiti “Barselona”ya 2016-cı ildən Lion “Olimpik”indən 25 milyon avroya transfer edilmişdi.