İspaniya

İspaniya millisin DÇ-2018 üçün yekun heyəti açıqlandı

Futbol üzrə İspaniya millisinin bu yay Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb. 

Dsport.az xəbər verir ki, baş məşqçi Xulen Lopeteqinin yekun siyahısında “Çelsi”nin hücumçusu Alvaro Morata yer almayıb.

İspaniya millisinin DÇ-2018 üçün yekun heyəti aşağıdakı kimidi:

Qapıçılar: David de Xea (Mançester Yunayted), Kepa Arrisabalaqa (Atletik), Pepe Reyna (Napoli);

Müdafiəçilər: Daniel Karvahal (Real), Alvaro Odriosola (Real Sosyedad), Serxio Ramos (Real), Naço (Real), Jerar Pike (Barselona), Sezar Aspilikueta (Çelsi), Naço Monreal (Arsenal), Jordi Alba (Barselona);

Yarımmüdafiəçilər: İsko (Real), Marko Asensio (Real), Lukas Vaskes (Real), Serxio Buskets (Barselona), Andres İnyesta (Barselona), Koke (Atletiko), Saul Niqes (Atletiko), Tyaqo Alkantara (Bavariya), David Silva (Mançester Siti);

Hücumçular: Dieqo Koşta (Atletiko), Rodriqo (Valensiya), Yaqo Aspas (Selta).

İspaniya yığması DÇ-2018-də İran, Mərakeş və Portuqaliya ilə bir qrupda mübarizə aparacaq.