İspaniya

La Liqanın ən yaxşı qapıçısı seçildi

Futbol üzrə İspaniya La Liqasında mövsümün ən yaxşı qapıçısı bəlli olub. 

Dsport.az xəbər verir ki, Madrid “Atletiko”sunun qolkiperi Yan Oblak mövsümün ən yaxşısı seçilib. Bu barədə məlumatı “Marka” yayıb. Sloveniyalı qolkiper La Liqada mövsümün ən yaxşısına təqdim edilən “Samora” mükafatına sahib çıxıb. 

Oblak ardıcıl 3-cü il bu mükafata yiyələnib.

Oblak mövsüm ərzində şans qazandığı 37 matçda 22 qol buraxıb ki, bu da, hər oyuna orta hesabla 0,59 qol deməkdi.