İspaniya

5-ci dəfə “Qızıl buts”u qazandı

Avropanın milli çempionatlarında ən çox qol vuran futbolçuya təqdim edilən “Qızıl buts” mükafatının sahibi bəlli olub.

Dsport.az xəbər verir ki, mükafat İspaniya La Liqasının son mövsümündə 34 qola imza atmış “Barselona”nın hücumçusu Lionel Messiyə qismət olub. Argentinalı futbolçu 68 xal toplayıb. Onun ən yaxın izləyicisi - “Liverpul”lu Məhəmməd Salah olub. Misirli hücumçu Premyer Liqanın son mövsümündə 32 qol vurub (64 xal).

Messi karyerası ərzində 5-ci dəfə “Qızıl buts” mükafatını qazanıb. 30 yaşlı futbolçu daha əvvəl 2009/10 (34 qol), 2011/12 (50 qol), 2012/13 (46) və 2016/17 (37 qol) mövsümlərində də bu mükafatı qazanıb.