İspaniya

La Liqa da yekunlaşdı - VİDEOLAR

Futbol üzrə İspaniya La Liqasında mövsümə yekun vurulub.

Dsport.az xəbər verir ki, mövsümə “Nou Kamp”da, çempion “Barselona” ilə “Real Sosyedad”ın oyunu ilə yekun vurulub. Kataloniya təmsilçisi bu oyunda minimal hesabla üstün olub.

Beləliklə, çempion "Barselona" ilə yanaşı, onun ən yaxın izləyiciləri "Atletiko", "Real" və "Valensiya" növbəti mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıblar.

"Vilyarreal", "Betis" və "Sevilya" isə İspaniyanı Avropa Liqasında təmsil edəcək.

"Deportivo", "Las Palmas" və "Malaqa" isə La Liqanı tərk etmək məcburiyyətində qalıb.

İspaniya La Liqası
38-ci tur

19 may

Selta - Levante 4:2
Qol: M.Qomes, 29; 63. Aspas, 41; 48 - Roşina, 12. Moraleş, 74.

Leqanes - Betis 3:2
Qol: Siovas, 28. Naranjo, 64. Amrabat, 79 - Kempbell, 20. Sanabria, 76.

Las-Palmas - Jirona 1:2
Qol: Kalyeri, 14-pen - Stuani, 5; 42.

Malaqa - Xetafe 0:1
Qol: Remi, 73-pen.

Sevilya - Alaves 1:0
Qol: Ben Yedder, 28.

Vilyarreal - Real 2:2
Qol: Martines, 70. Kastilyexo, 85 - Beyl, 11. Ronaldo, 32.

20 may

Valensiya - Deportivo 2:1
Qol: Zaza, 28. Quedes, 77 - L.Peres, 80.

Atletik - Espanyol 0:1
Qol: D.Lopes, 9.

Atletiko - Eybar 2:2
Qol: Torres, 42; 60 - Kike, 35. Pena, 70.

Barselona - Real Sosyedad 1:0
Qol: Koutinyo, 57.