İspaniya

“Atletiko”nun avrokubok qazancı müəyyənləşdi

Avropa Liqasının 2017/18 mövsümünü çempion kimi başa vuran “Atletiko”nun nə qədər qazandığı bəlli olub.

Dsport.az xəbər verir ki, “hindular” son avrokubok mövsümündəki çıxışına görə UEFA-dan 26,6 milyon avro alacaq. Bu barədə məlumatı İspaniyanın AS nəşri yayıb.

“Atletiko” avrokubok mövsümünə Çempionlar Liqasında başlayıb. Klub qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”la bir qrupda mübarizə aparmışdı. Ağdam təmsilçisi ilə hər iki maçda (0:0, 1:1) heç-heçə edən Madrid təmsilçisi qrup mərhələsini 3-cü pillədə başa vuraraq, Avropa Liqasına göndərilmişdi.

Maraqlıdı ki, “Atletiko” əldə etdiyi 26,6 milyon avronun 16,3 milyon avrosunu ÇL-dəki iştiraka görə qazanıb.

Xatırladaq ki, Dieqo Simeonenin yetirmələri Avropa Liqasının həlledici oyununda Fransanın “Marsel” klubunu 3:0 hesabıyla məğlub edib.