İspaniya

“Real”dan 6 cavabsız qol - VİDEOLAR

Futbol üzrə İspaniya La Liqasında 37-ci tura start verilib.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Real Sosyedad” “Leqanes”lə qarşılaşıb. Beş qolun vurulduğu oyunda meydan sahibləri qələbəyə seviniblər.

Avroliqaya vəsiqə uğrunda mübarizəni davam etdirən “Sevilya” bu vəzifənin öhdəsindən gəlmiş, şəhərin digər təmsilçisi “Betis”lə qarşılaşıb. Dörd qolluq qarşılaşmada qalib müəyyənləşməyib.

Qitənin ikinci dərəcəli klub turnirinə vəsiqəni hədəfləyən digər komanda “Vilyarreal” isə “Deportivo”nun qonağı olub və inamlı qələbə qazanıb. Bu iddiada olan "Xetafe" də "Atletiko" ilə ev oyunundna məğlub ayrılıb.

Madrid "Real"ı isə evdə "Selta"ya 6 cavabsız qolla qalib gəlib. 

İspaniya La Liqası
37-ci tur

12 may

Real Sosyedad - Leqanes 3:2
Qol: Oyarzabal, 18. Kanales, 25. V.Xose, 78-pen - Riko, 26. Gerrero, 53.

Alaves - Atletik 3:1
Qol: Qvidetti, 43. El Haddadi, 60. İ.Qomes, 77 - Muniain, 79.

Deportivo - Vilyarreal 2:4
Qol: Valle, 58; 88 - Kastilyexo, 2; 45. Triqeyros, 31. Çerişev, 90.

Xetafe - Atletiko 0:1
Qol: Koke, 8.

Jirona - Valensiya 0:1
Qol: Vietto, 61.

Betis - Sevilya 2:2
Qol: Bartra, 5. Moron, 81 - Ben Yedder, 57. Kyaer, 79.

Eybar - Las-Palmas 1:0
Qol: Çarles, 5.

Real - Selta 6:0
Qol: Beyl, 13; 30. İsko, 32. Hakimi, 52. S.Qomes, 74. Kroos, 81.

13 may

18:15 Espanyol - Malaqa 
22:45 Levante - Barselona