İspaniya

Ronaldo “Barselona”ya vurduğu qola niyə sevinməyib?

Madrid “Real”ının hücumçusu Kristiano Ronaldo İspaniya La Liqasının 36-cı turu çərçivəsində qarşılaşdıqları “Barselona” ilə oyunda vurduğu qola sevinməməsinin səbəbini açıqlayıb.

Dsport.az xəbər verir ki, o, “Daily Star”a açıqlamasında bunu sabiq klubu “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyusonun vəziyyəti ilə əlaqələndirib:

“Necə sevinə bilərdim ki, mənə futbol oynamağı öyrədən insan həyatı ilə mübarizə aparırdı?”

Xatırladaq ki, “Barselona” - “Real” oyununda qalib müəyyənləşməmişdi - 2:2.