İspaniya

La Liqa klubunda baş məşqçi istefası

İspaniyanın “Leqanes” klubunun baş məçqçisi Asyer Qaritano tutduğu postu tərk edib.

Dsport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssis 2013-cü ildən “Leqanes”in “sükanı arxasında” idi. Komanda ispaniyalı məşqçinin rəhbərliyi altında cari mövsümdə 40 xalla 17-ci pillədə qərarlaşıb.

“Leqanes” son turda evdə “Levante”yə böyük hesabla uduzsa da (0:3), mövsümün bitiminə 2 tur qalmış La Liqadakı yerini təmin edib.