İspaniya

“Valensiya” səfərdə büdrədi - VİDEOLAR

Futbol üzrə İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, şənbə günü cəmi iki görüş baş tutub. “Eybar” evdə “Xetafe”yə məğlub olub.

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Valensiya” isə Viqoda “Selta”nın qonağı olub və xal itkisi ilə üzləşib.

Bu tur keçirilməli olan “Sevilya” - “Real” və “Barselona” - “Vilyarreal” matçları İspaniya kubokunun sabah keçiriləcək final görüşü (“Sevilya”- “Barselona”) ilə bağlı mayın 9-da baş tutacaq.

İspaniya La Liqası
34-cü tur

20 aprel

Leqanes - Deportivo 0:0

21 aprel

Eybar - Xetafe 0:1
Qol: Olivera, 23.

Selta - Valensiya 1:1
Qol: M.Qomes, 63 - Mina, 59.

22 aprel

14:00 Jirona - Espanyol 
18:15 Malaqa - Real Sosyedad 
20:30 Las-Palmas - Alaves 
22:45 Atletiko - Betis

23 aprel

23:00 Atletik - Levante

9 may

18:00 Barselona - Vilyarreal
18:00 Sevilya - Real