İspaniya

La Liqa klubu baş məşqçisini qovdu

İspaniyanın “Espanyol” klubu baş məşqçi Kike Floreslə yollarını ayırıb.

Dsport.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. Baş məşqçi ilə yanaşı, idman direktoru Xordi Lardin də postundan uzaqlaşdırılıb. Onların hər ikisi komandanın uğursuz nəticələrinə görə qovulub.

Komandanı müvəqqəti olaraq Dabid Qalyeqo çalışdıracaq.

“Espanyol” hazırda La Liqanın 20 iştirakçısı arasında 36 xalla 16-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 33 oyundan cəmi 8-də qələbə qazanıb, 12 heç-heçə edib, 13 qarşılaşmada isə məğlubiyyətlə üzləşib.