İspaniya

La Liqanı tərk edən ilk klub bəlli oldu

Futbol üzrə İspaniya La Liqasını tərk edən ilk komanda bəlli olub. 

Dsport.az xəbər verir ki, “Malaqa”nın gələn mövsümü Sequnda Liqada keçirəcəyi artıq rəsmiləşib.

Bu, La Liqanın 33-cü turuna təsadüf edən “Levante” ilə matçda gerçəkləşib. Belə ki, rəqibinə 0:1 hesabı ilə məğlub olan “Malaqa”nın son 5 turda 17-ci pillədəki kollektivə çatmaq şansı qalmayıb. Bununla Əndəlüs təmsilçisi “böyük beşlik” ölkələrində yüksək liqanı tərk edəcəyi dəqiqləşən ilk klub olub.

Qeyd edək ki, son 10 ili La Liqada keçirən “Malaqa” 2011-12 mövsümündə 4-cü yeri tutmuşdu.

Hazırda bu komanda cəmi 17 xalla 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. “Malaqa” keçirdiyi 33 oyundan 4-də qalib gəlib, 5-də heç-heçə edibsə, 24 matçda məğlubiyyətə üzülüb.