İspaniya

Eddi İsrafilov oynamadı, komandası xal itirdi

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 35-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni komandası “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Lorka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Eddi bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Alkorkon" geridə qalan turlarda 42 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.