İspaniya

Eddi İsrafilov İspaniya klubunda debüt etdi

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 31-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni komandası “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Luqo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Uzun müddət idi zədəli olan Eddi nəhayət bu görüşdə yeni komandasında debüt matçına çıxıb. Millimizin üzvü 68-ci dəqiqədə meydana buraxılıb. O, 83-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Alkorkon" geridə qalan turlarda 35 xal toplayıb və hazırda 22 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.